Daily Mail: İngilis nazir BBC-nin canlı yayımına tualetdən qoşulub

11-01-2021, 11:39           
Daily Mail: İngilis nazir BBC-nin canlı yayımına tualetdən qoşulub
İngiltərənin Səhiyyə naziri Matt Henkok tualetə bənzər bir otaqdan BBC-nin canlı yayımına çıxıb.

Qaynarinfo xəbər verir ki, "Daily Mail” tamaşaçıların bunu başa düşdüklərini iddia edib.

10 yanvarda Krallığın Səhiyyə Nazirliyinin başçısı bir anda iki televiziya kanalının efirinə çıxıb - BBC-dəki Andrew Marr Show layihəsində və Sky News-un informasiya proqramında. Hər iki proqramda şöbə müdiri koronavirusla bağlı sualları cavablandırıb və ölkədəki infeksiyaya qarşı aşılanma dərəcəsindən bəhs edib.

Yayımı görən izləyicilər sosial şəbəkələrdə qeyd ediblər ki, canlı yayıma baxdıqları vaxt yüksək səviyyəli bu məmurun tualetdən və ya pilləkənlərin altındakı şkafda oturaraq sualları cavablandırdığını düşününüblər. Bunu sübut etmək üçün tipik İngilis tualetlərinin və şkaflarının şəkilləri şəbəkədə yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru