Rusiyada 6 bal gücündə zəlzələ baş verib 4-02-2016, 09:04 Rusiyanın İrkutsk vilayətində zəlzələ baş verib.TASS agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 02:27-də qeydə alınan yeraltı təkanların episentri Baykal gölü akvatoriyasında yerləşib.İrkutsk şəhərində zəlzələ 4-6 bal, Buryatiyanın bir sıra yaşayış məntəqələrində isə 3 bal gücündə hiss olunub.Dağıntı və zərərçəkən yoxdur. Facebook-da paylaş