Dövlət Departamentindən Trampla bağlı qəribə paylaşım

12-01-2021, 10:13           
Dövlət Departamentindən Trampla bağlı qəribə paylaşım
ABŞ-da keçirilən prezident seçkilərinin saxta olduğunu iddia edən Donald Trampın vəzifəsini Co Baydenə təhvil verəcəyi vaxt önə çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, Tramp və köməkçisi Mayk Pensin vəzifələri 11 yanvar tarixində başa çatıb.

Halbuki, daha əvvəl bu tarixin yanvarın 20-si olduğu qeyd edilmişdi.

ABŞ qanunlarına görə, Bayden vəzifəsinə 20 yanvarda paytaxt Vaşinqtonda keçiriləcək inauqurasiya mərasimi ilə başlayacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru