İlon Mask beş gün sonra "Forbs"un zənginlər siyahısındakı liderliyini itirib

12-01-2021, 13:31           
İlon Mask beş gün sonra "Forbs"un zənginlər siyahısındakı liderliyini itirib
Dünyanın ən zəngin insanlarının siyahısında ilk sırada yer alan Amerikalı iş adamı İlon Mask bu yerdə beş gün qala bilib...

Dünyanın ən zəngin insanlarının siyahısında ilk sırada yer alan Amerikalı iş adamı İlon Mask bu yerdə beş gün qala bilib.

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri bir gündə 13,5 milyard dollar itirib, hazırda onun sərvəti 176,2 milyard dollardır.

İnterAz xəbər verir ki, bu barədə "Forbes Real-time" məlumat yayıb.

Məlumata görə, "Amazon" qurucusu Jeff Bezos dünyanın ən varlı insanlarının ilk sırasına geri qayıdıb. Onun kapitalı 182,1 milyard dollar dəyərindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru