ABŞ-da fövqəladə vəziyyət elan edilib- "Zika" virusu
4-02-2016, 10:24
ABŞ-ın Florida ştatının 4 dairəsində "Zika" virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
teref.azn-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Florida ştatının qubernatoru Rik Skott bəyan edib.
Qeyd olunur ki, Florida ştatında bu günədək "Zika" virusuna 9 yoluxma halı qeydə alınıb. Həkimlərin rəyinə görə, xəstələnən insanlar virusa xaricdə səfərdə olduqları zaman yoluxublar.
Xatırladaq ki, "Zika" virusuna ilk yoluxma faktı ötən il Braziliyada qeydə alınıb. Hazırda virus dünyanın 20-dən çox ölkəsində yayılıb.