Co Bayden xüsusi anti-Rusiya mövqeyi ilə fərqlənən BMT-də keçmiş səfiri Samanta Paueri, Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri təyin edəcək

14-01-2021, 00:37           
Co Bayden xüsusi anti-Rusiya mövqeyi ilə fərqlənən BMT-də keçmiş səfiri Samanta Paueri, Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri təyin edəcək
Co Bayden növbəti dəfə bizi sevindirib
Co Bayden, ABŞ-ın BMT-də keçmiş səfiri Samanta Paueri, Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri təyin edəcək və ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü edəcək.
Sənəddə qeyd olunur ki, Samanta Pauer ABŞ-ın müttəfiqlərinə, “Amerika ideallarını dünyada təbliğ etməyə” kömək edəcək.
Xanım Pauer xüsusi anti-Rusiya mövqeyi ilə fərqlənən xanımdır. Dəfələrlə BMT tribunasından Rusiyaya qarşı çox sərt çıxıslar edib.
Bu çıxışların birindən sitat gətirirəm.
''Mən hesab edirəm ki, ABŞ və bütün dünya böyük təhlükə ilə üzləşib(Rusiya), biz bütün gücümüzü səfərbər edib bu təhlükəyə qarşı mübarizə aparmalıyıq''.
''Faşistləri və kommunistləri məğlub etdik. İndi avtoritarizm və kiniklərlə qarşılaşırıq".

Bir maraqlı məqam da var. Samanta Pauer xatirələrində, Moskvanın siyasəti ilə razı olmadığına görə, Rusiyanın İnsan Hüquqları Şurasına seçilməsinə qarşı səs verib, halbuki həmin ildə Vaşinqtondan təlimat gəlib ki, Rusiyanın lehinə səs vermək lazımdır. Samanta Pauer Vaşinqtonun təlimatlarına tabe olmadı. Daha sonra xanım Pauer bu sözləri deyir:''Vicdanıma zidd olaraq səs verə bilmərəm''.
Kamran Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.