8 neft istehsal edən ölkə OPEK-in fövqəladə iclasında iştirak etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu iranlı həmkarı ilə Tehranda görüşü zamanı Venesuelanın Neft naziri Euloxio Pino deyib.
O, OPEK üzvlərindən İraq, Əlcəzair, Nigeriya, Ekvador, İran, Venesuelanın, qeyri-OPEK ölkələrindən isə Omanla Rusiyanın fövqəladə iclasın keçirilməsinə razı olduğunu bildirib.
Fövqəladə iclasda ucuz neft məsələsinin müzakirə olunacağı qeyd edilib.
Pino İrandan sonra Qətər, İraq və Səudiyyə Ərəbistanına yola düşəcək.