Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına başlamağa hazırdır
5-02-2016, 01:47
ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Suriyada əməliyyatlara başlayarsa, Səudiyyə Ərəbistanı da ora qoşun göndərməyə hazırdır.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Səudiyyənin müdafiə nazirinin müşaviri, briqada generalı Əhməd Asseri bildirib.
"Krallıq koalisiyanın Suriyada (İŞİD-ə qarşı) həyata keçirmək üçün razılaşdıra biləcəyi istənilən yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır", — deyə "Reuters" hərbçinin bəyanatını sitat gətirir.