Barak Obama neftin hər barelinə görə 10 dollar vergi tətbiq etmək niyyətindədir

5-02-2016, 09:16           

ABŞ prezidenti Barak Obama ekoloji təmiz nəqliyyat layihələrinin dəstəklənməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsində neftin hər barelinə görə 10 dollar vergi tətbiq edilməsini təklif edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

Qeyd olunan vergi təşəbbüsünün respublikaçıların nəzarətində olan ABŞ Konqresi tərəfindən bloklanacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin sonunda ABŞ prezidenti ölkədən neftin ixracına qoyulan qadağanı ləğv edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.