Suriya üzrə donorlar 10 mlrd dollardan çox yardım toplayıblar

5-02-2016, 09:25           

Londonda keçirilən Suriyaya dair donor konfransının iştirakçı ölkələri suriyalılar üçün 10 mlrd dollardan çox yardımın toplanması ilə bağlı razılığa gəliblər.

“2016-cı ildə 6 mlrd dollar ayrılacaq, daha 5 mlrd dollar isə uzunmüddətli perspektivə hesablanıb və 2020-ci ilədək ayrılacaq”, deyə Böyük Britaniyanın baş naziri Devid Kemeron yekun mətbuat konfransında bildirib.

Bu vəsaitlərin bir hissəsi Suriyaya birbaşa humanitar yardımın göstərilməsinə, qalan hissəsi isə Suriya və digər ölkələrin inkişafına dair müxtəlif layihələrin icrasına, həmçinin, 4,5 mln suriyalı qaçqını qəbul etmiş İordaniya, Türkiyə və Livana yönəldiləcək.

“Suriyalı qaçqınlar və bölgə sakinləri üçün bir milyondan çox iş yerləri yaradılacaq”, deyə Kemeron bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.