Xarkovda matəm elan olunub

21-01-2021, 23:37           
Xarkovda matəm elan olunub
Yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək

Qocalar evində baş vermiş yanğın zamanı 15 nəfərin ölməsi səbəbindən Xarkovda 22 yanvar matəm günü elan edilib.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyası rəhbərinin müavini Aleksandr Skakun məlumat verib. O bildirib ki, yanğında həlak olanların ailələrinə şəhər büdcəsi hesabına yardım ediləcək.
Qeyd edək ki, qocalar evində baş vermiş yanğının araşdırılması üçün komissiya təşkil edilib. Tədqiqatların nəticələri bir ay sonra elan olunacaq.
Ukraynanın daxili işlər naziri Arsen Avakov qocalar evinin qanunsuz fəaliyyət göstərdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru