Makron və Bayden Rusiya, Çin və İran mövzusunda razılaşdı

25-01-2021, 11:00           
Makron və Bayden Rusiya, Çin və İran mövzusunda razılaşdı
Eastnews.org-un verdiyi xəbərə görə, Ağ Ev verdiyi açıqlamada ABŞ Prezidenti Co Baydenin Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı apardığını bildirib.

Açıqlamada Bayden və Makronun iki ölkənin koronavirusa qarşı mübarizə, iqlim dəyişikliyi böhranı və qlobal iqtisadiyyatın bərpası da daxil olmaqla xarici siyasət məsələlərində siyasətlərini əlaqələndirəcəkləri barədə razılığa gəldikləri qeyd olunub.
Məlumata görə, ABŞ və Fransa prezidentləri NATO vasitəsilə transatlantik münasibətləri və ikitərəfli münasibətləri, habelə ABŞ-ın Avropa İttifaqı ilə tərəfdaşlığını gücləndirməyə çağırış ediblər.

Ağ Evin açıqlamasına görə, Fransa və ABŞ liderləri Rusiya, Çin, Qərbi Asiya və sahil bölgəsi də daxil olmaqla, hər iki tərəfin xarici siyasət prioritetləri üzərində sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru