TASS-ın binasında axtarış aparıldı

5-02-2016, 22:46           
TASS-ın binasında axtarış aparıldı
Rusiyanın TASS agentliyinin ofisində axtarış aparılır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat hazırda axtarışın strateji təşəbbüslər departamentində aparıldığını bildirib.

İstintaq fəaliyyətinin daha çox TASS-ın Baş direktoru Sergey Mixaylovla əlaqədar olduğu deyilib. Müxalif yönlü “Dojd” kanalı isə hazırda Mixaylovun Kremldə iclasda olduğunu yazıb.

Qeyd edək ki, Mixaylov 2012-ci ildə TASS agentliyinin baş direktoru təyin olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.