Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı beynəlxalq koalisiyaya quru qoşunları ilə dəstək vermək istəyini müsbət qarşılayırıq.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Coş Ernest deyib.
“Müttəfiqimiz Səudiyyə Ərəbistanının bu qərarını çox müsbət qarşılayırıq. Səudiyyənin xüsusi qüvvələrlə, yaxud ümumi qoşunla mübarizəyə qoşulacağı hələ ki, bəlli deyil”, - Ernest bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə naziri Eşton Karter də Səudiyyənin bu qərarını məmnuniyyətlə qarşıladığını və mövzu ilə bağlı Brüsseldə müzakirələr aparılacağını söyləyib.