Nigeriyada təyyarə qəzası: Altı nəfər öldü - VİDEO

21-02-2021, 22:42           
Nigeriyada təyyarə qəzası:
Nigeriya hərbi hava qüvvələrinin kəşfiyyat təyyarəsi paytaxtdakı Abuca hava limanı yaxınlığında qəzaya uğrayıb.

Yerli “Nigerian Tribune” qəzetinin məlumatına görə, qəzadan sağ çıxan olmayıb. Göyərtədəki iki heyət üzvü də daxil olmaqla, bütövlükdə altı nəfər həlak olub.

Qeyd edək ki, bir qədər əvvəl ölkənin Aviasiya naziri Hadi Sirika, “Beechcraft King Air 350i” qoşa turbo mühərrikli təyyarənin Abuca Beynəlxalq Hava Limanından yola çıxarkən qəzaya uğradığını bildirib. Təyyarə şimal-qərbə Niger əyalətindəki Minna şəhərinə doğru hərəkət edib. Nazir hava gəmisinin mühərriklərindən birinin sıradan çıxdığını qeyd edib.

Nigeriyanın “Vanguard” qəzeti isə pilotun təyyarəni yaşayış sahələrindən uzaqlaşdırdığını, onun tarlaya düşdüyü və tamamilə yandığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru