Paşinyan yenə Putinə zəng etdi

25-02-2021, 21:28           
Paşinyan yenə Putinə zəng etdi
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, - deyə Peskov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru