Putinin Paşinyanla danışığı qalmaqala çevrildi – Peskov təkzib verdi

26-02-2021, 20:48           
Putinin Paşinyanla danışığı qalmaqala çevrildi –
Ermənistan hakimiyyətinin Paşinyanla Putin arasında baş tutan telefon danışığndan sonra verdiyi açıqlama iki ölkə arasında əməlli başlı qalmaqala çevrilib.

Savash.org xəbər verir ki, Paşinyan hakimiyyəti Putinlə görüşün yekunu olaraq yaydığı açıqlamanı Kreml təkzib etmək məcburiyyətində qalıb.

Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edən RF Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, telefon danışığında Vladimir Putin Ermənistandakı vəziyyətin qanunlar çərçivəsində tənzimlənməsini dilə gətirib.

Ermənistan hökumətinin rəsmi saytında isə qeyd edilib ki, Prezident Putin Ermənistanın qanuni hakimiyyətinə dəstəyini bildirib.

Kreml sözçüsü Peskov isə telefon danışığında qanuni hakimiyyətin dəstəklənməsi barədə nə bir fikir, nə də bir kəlmə işlədilməyib, Putin sadəcə ölkədə sabitliyin qorunmasını və vəziyyətin qanun çərçivəsində həll olunmasını dilə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru