Senatorlar ABŞ prezidentinin səlahiyyətlərini azaltmaq istəyir

5-03-2021, 07:55           
Senatorlar ABŞ prezidentinin səlahiyyətlərini azaltmaq istəyir
Amerikalı senatorlar prezidentin hərbi güc tətbiq etmə zamanı səlahiyyətlərini məhdudlaşdırmağı təklif edir.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən qanun layihəsinin müəllifləri demokrat Tim Keyn və respublikaçı Todd Yanq olub.

Qanun vericiliyə dəyişiklik təklifinə səbəb ABŞ Prezidenti Co Baydenin əmri ilə Suriyaya endirilən aviazərbələr olub.

“Aviazərbələr onu göstərir ki, icra hakimiyyəti partiyadan asılı olmadan öz hərbi səlahiyyətlərini genişləndirməyə davam edəcək”, - deyə Senatdan bildirilib.

Lahiyə müəlliflərinin fikrincə, hazırki qanunlar ölkəyə Yaxın Şərqdə 20 il ərzində “sonsuz müharibələr” aparmağa imkan verir.

Söhbət Konqresin ABŞ-da 2001-ci il terror aktlarından sonra qəbul etdiyi təşəbbüsün ləğvindən gedir. Müvafiq qərara əsasən ABŞ Prezidenti qanunverici orqanla razılaşdırılmadan hərbi güc tətbiq edə bilər.milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru