Ukraynanın şərqində gərginlik artır - Atəşkəsin intensiv pozulması böyük toqquşmaları qaçılmaz edir

8-03-2021, 15:50           
Ukraynanın şərqində gərginlik artır -
"Kiyedəki dostlarımla, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyindəki diplomatlarla əlaqə saxladım. Onlar Ukraynanın şərqində gərginliyin artdığını və atəşkəsin intensiv pozulması hallarının hər an böyük toqquşmalara keçə biləcəyini bildirdilər. Bu hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir".
Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Ukrayna ordusu son illər güclənib, ABŞ-dan modern texnika alınıb. Politoloqun fikrincə, Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir:
"Azərbaycan kimi Ukraynanın da buna haqqı var. Ancaq qarşı tərəf də boş dayanmayıb. Donbasdakı separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki, müharibə başlasa daha çox torpaq zəbt edəcəklər. Separatçılar Rusiyanın hərtərəfli dəstəyinə arxayındırlar. Kreml də öz növbəsində Kiyevi hədələməkdə davam edir, müharibənin başlayacağı halda Donbassın Rusiyaya birləşdiriləcəyi açıqlamalarını səsləndirirlər".
E.Şahinoğlu deyib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir:
"Rusiya amilindən çəkinmək lazım deyil. Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək bu Kremlin xətrinə dəyəcək və bizə Dağlıq Qarabağda problem yaradacaqlar. Bu problem onsuz da var. Ukraynadakı hadisələrə gözümüzü yummaqla Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq. Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.