Putin hər gün yatmazdan əvvəl qızdırmasını ölçür - Özü açıqladı

28-03-2021, 10:38           
Putin hər gün yatmazdan əvvəl qızdırmasını ölçür - Özü açıqladı
Rusiya prezidenti koronavirusla mübarizə məqsədilə maraqlı addım atıb. Bizimxeber.az bildirir ki, Putin tanınmış jurnalist Pavel Zarubinə verdiyi müsahibəsində koronavirusa qarşı aşılandıqdan sonra yatmazdan əvvəl komodun üstünə termometr qoyduğunu söyləyib: "Hər ehtimala qarşı yatarkən şkafımın üstünə termometr qoyuram".

Qeyd edək ki, bu həftə dövlət başçısı COVID-19-a qarşı peyvənd olunub. Kreml prezidentə hansı vaksinin vurulduğunu açıqlamır.

Bu üç rus vaksindən biri - Sputnik V, EpiVacCorona və ya KoviVak ola bilər. Vaksinlərdən yalnız ilk ikisi 60 yaşdan yuxarı insanlara vurulmaq üçün təsdiqlənib. Təlimata görə, "Sputnik V" nin ikinci inyeksiyası üç həftədə, "EpiVacKorona" isə iki və ya üç həftədə edilməlidir.

Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, peyvənddən sonra Putinin heç bir yan təsiri olmayıb, özünü yaxşı hiss edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru