SON DƏQİQƏ: Atəşkəs pozuldu – Rusiya helikopterləri hərəkətə keçdi

3-04-2021, 19:56           
SON DƏQİQƏ: Atəşkəs pozuldu –
Rusiyanın Ukrayna sərhədinə ağır texnika və hərbi qüvvə cəmləşdirməsi Kiyev-Moskva xəttindəki gərginliyi bir qədər də artırıb.

Busaat.az xəbər verir ki, Ukrayna-Rusiya sərhədində yaşayan vətəndaşların qeydə aldığı və sosial mediada paylaşdığı görüntülərdə Rusiyanın sərhədə Kamov Ka-52 və Mi-28 tipli hərbi helikopterləri göndərdiyi öz əksini tapıb. Görüntülərin nə dərəcədə reallığı əks etdirdiyi məlum deyil.

Dünən Ukraynanın şərqindəki Donbass bölgəsində atəşkəsin pozulması nəticəsində 2 Ukrayna əsgərinin və 1 mülki şəxsin yaralandığı qeyd olunub. Ukrayna Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada separatçıların dünən atəşkəsi 21 dəfə pozduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru