Avstriya XİN: ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazırıq

14-04-2021, 07:47           
Avstriya XİN: ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazırıq
Avstriya yüksək səviyyəli danışıqlar keçirilməsi üçün platforma rolu oynamağa həmişə hazırdır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avstriya XİN Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilməsinin mümkünlüyünü şərh edərkən bildirib.

“Biz KİV-də xəbərləri gördük. Rusiya və ABŞ prezidentləri səviyyəsində görüş keçirilməsinə qərar verilərsə, bu təqdirəlayiqdir. Belə bir zirvənin nə vaxt və harada keçiriləcəyinə dair qərar hər iki ölkədən asılıdır. Əlbəttə ki, Avstriya hər zaman hər cür yüksək səviyyəli danışıqların keçiriləcəyi məkan olmağa hazırdır”, - Avstriya XİN-in açıqlamasında belə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru