Rusiya Qara dənizə 15 döyüş gəmisi göndərdi - Fotolar

14-04-2021, 08:23           
Rusiya Qara dənizə 15 döyüş gəmisi göndərdi - Fotolar
Rusiya 15 döyüş gəmisini və Xəzər donanmasına aid gəmiləri Qara dənizə göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmilər rus hərbi qüvvələrinin yoxlamaları çərçivəsində Qara dənizə göndərilib.

Qeyd edək ki, Rusiya XİN bu gün ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyi Rusiyanın təhlükəsizliyinə meydan oxuma” kimi dəyərləndirib. Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov ABŞ-a Qara dənizdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

“Rusiya öz təhlükəsizliyini qorumaq üçün lazımi hər şeyi edəcək”, - açıqlamada deyilir.

Ryabkovun sözlərinə görə, ABŞ Rusiyanın “gücünü test edir”:

“Sahillərimizə yaxın, Amerikan döyüş gəmilərinin qətiyyən heç bir şeyi yoxdur. Bunlar tamamilə, sözün həqiqi məasında təhrikedici fəaliyyətlərdir. Bizim gücümüzü test edirlər, əsəblərimizlə oynayırlar. İstədiklərinə nail olmayacaqlar”.

Ryabkov ABŞ donanmasının öz bazalarından minlərlə kilometr uzaqdakı manevrlərini “geosiyasi bir vasitə” olaraq qiymətləndirib:

“Görünür, ABŞ özünü dənizlərin hökmdarı kimi hiss edir. ABŞ-ı Krımdan, Qara dəniz sahillərimizdən uzaq durmaq mövzusunda xəbərdar edirik. Bu, onların yaxşılığı üçün olacaq”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.