ABŞ donanması döyüş gəmilərini raketlərdən qorumaq üçün lazer sistemləri ilə təchiz edəcək

14-04-2021, 11:30           
ABŞ donanması döyüş gəmilərini raketlərdən qorumaq üçün lazer sistemləri ilə təchiz edəcək
ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gəmilərində lazer sistemlərinin istifadəsi sahəsini genişləndirir. Ordu.az xəbər verir ki, ABŞ donanması esmineslərini ODIN adlı lazer sistemləri ilə təchiz edəcək.

Hal-hazırda “Arleigh Burke” sinfinə məxsus 3 esmines bu lazer sistemi ilə təchiz edilib. 2021-ci ilin sonunadək ODIN sistemi olan döyüş gəmilərinin sayı altıya yüksəlməlidir.

ODIN sistemi rəqəmsal video kameralar və PUA-lardakı infraqırmızı kameralar kimi elektro-optik sensorları “söndürə” bilər.

ABŞ donanması gələcəkdə növbəti döyüş gəmilərini daha güclü lazer sistemləri ilə təchiz etmək niyyətindədir. HELIOS adlı sistem Rusiyanın “Kalibr” və ya Çinin YJ-18 kimi sualtı gəmi əleyhinə qanadlı raketlərini vurmağa qadirdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru