Okeanın o tayına zəng: Putin kubalı həmkarına nə dedi?

21-04-2021, 00:16           
Okeanın o tayına zəng:
Koronavirus infeksiyası ilə mübarizədə səylərin koordinasiyası ilə yanaşı, müxtəlif formatlarda dialoqun aktivləşdirilməsi barədə liderlər razılığa gəliblər.

Rusiya Prezidenti Vladimir Putin Kuba prezidenti Migel Dias-Kanel Bermudeslə telefonla danışıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

"Rusiya ilə Kuba arasında strateji partnyorluğun hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı əminlik ifadə olunub. Ticari-iqrtisadi və digər sahələrdə razılaşdırılmış layihələr üzrə birgə işin vacibliyi vurğulanıb", - məlumatda deyilir.

Putin həmçinin Bermudesi Kuba Kommunist Partiyasının MK sədri seçilməsi, eləcə də Kuba liderinin doğum günü münasibətilə təbrik edib. O, Raul Kastroya salamlarının çatdırılmasını təvəqqe edib.

Koronavirus infeksiyası ilə mübarizədə səylərin koordinasiyası ilə yanaşı, müxtəlif formatlarda dialoqun aktivləşdirilməsi barədə liderlər razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru