Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı genişləndirəcək

21-04-2021, 07:21           
Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı genişləndirəcək
“Şərq Tərəfdaşlığı”nın əsas məqsədi Avropa İttifaqını tərəfdaşları ilə yaxınlaşdırmaq və əməkdaşlığı dərinləşdirməkdən ibarətdir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa Parlamentinin sədri David Sassoli Avronest Parlament Assambleyasının IX sessiyasında çıxışında deyib.

Onun sözlərinə görə, növbəti “Şərq Tərəfdaşlığı” sammitində vətəndaşların rifahı və dayanıqlı inkişafa yönələn yeni baxış inkişaf etdiriləcək: “Yeni yanaşmalar, mexanizmlər və modellər işlənib hazırlana bilər. Sizi əmin edirəm ki, Avropa Parlamenti bu prosesə tam olaraq qoşulacaq. Biz bütün maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməyə hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru