İsveçrədə dilənçilərlə qəribə mübarizə üsulu tapıblar, amma Aİ onu bəyənməyəcək

2-05-2021, 06:19           
İsveçrədə dilənçilərlə qəribə mübarizə üsulu tapıblar, amma Aİ onu bəyənməyəcək
Bildirilir ki, əgər dilənçilər razılaşmanın şərtlərini pozarlarsa, polis onları İsveçrədən deportasiya edəcək.

İsveçrənin Bazel şəhərində dilənçilərlə maraqlı mübarizə üsulu tapıblar.

Sputnik Azərbaycan bildirir ki, Basler Zeitung qəzetinin yazdığına görə, onları qeyri-adi razılaşmaya sövq edirlər: yazılı surətdə ölkəyə qayıtmamaq sözü verdikdən sonra dilənçilərə Avropanın istənilən şəhərinə bir başa bilet verilir.

"Onlar İsveçrəyə qayıtmamaq haqda iltizam imzalayırlar, yəni müəyyən olunmuş müddət ərzində ölkəyə gəlmirlər", - yerli ədliyyə və təhlükəsizlik departamentinin nümayəndəsi Toprak Yerguz qəzetə müsahbəsində deyib.

Bildirilir ki, əgər dilənçilər razılaşmanın şərtlərini pozarlarsa, polis onları İsveçrədən deportasiya edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru