İraqın Səhiyyə naziri xəstəxanadakı güclü yanğın səbəbindən istefa verib

5-05-2021, 07:24           
İraqın Səhiyyə naziri xəstəxanadakı güclü yanğın səbəbindən istefa verib
İraqın Baş naziri Mustafa əl-Kazimi ölkənin Səhiyyə naziri Həsən əl-Təmiminin Bağdad xəstəxanasında baş verən güclü yanğın səbəbi ilə imzaladığı istefa ərizəsini qəbul edib.

APA xəbər verir ki, bu barədə İraqın Baş nazirinin ofisi “Twitter” səhifəzində məlumat yayıb.

80-dən çox insanın ölümünə səbəb olan yanğına görə, İraq hökuməti araşdırma komissiyanın tövsiyələrinə uyğun olaraq, faciənin baş verdiyi xəstəxananın müdirinin, köməkçisinin, mülki müdafiə zabitinin vəzifəsindən kənarlaşdırılmasını və onlar barəsində inzibati cəza tətbiq edilməsini təsdiqləyib.

Qeyd edək ki, aprelin 24-də Bağdad xəstəxanasında baş verən güclü yanğın zamanı 200-dən çox xəstə xilas edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.