ABŞ fond birjalarında rekord azalma

5-05-2021, 08:29           
ABŞ fond birjalarında rekord azalma
Bu gün “Nasdaq” elektron birjasının indeksi 1,8%-dən artıq dəyərdən düşüb və bu, cari ilin martından indiyədək ən pis göstəricidir.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 19,80 bənd (0,30%) artaraq 34 133,03 bəndə qalxıb, “Standard & Poor 500” indeksi 28,00 bənd (0,67%) azalaraq 3 971,09 bəndə düşüb.

“Nasdaq” elektron birjasının indeksi isə 255,05 bənd (1,85%) azalaraq 13 544,67 bəndə enib.

WTI markalı neftin iyun fyuçersləri 1,62 ABŞ dolları (2,51%) bahalaşaraq 66,12 ABŞ dollarından satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru