ABŞ Əfqanıstana əlavə hərbçilər göndərir

6-05-2021, 09:03           
ABŞ Əfqanıstana əlavə hərbçilər göndərir
“Əfqanıstandan çəkilmə prosesi davam edərkən, ölkəyə qüvvə qoruma və dəstək məqsədilə əlavə hərbçilər göndərməyi planlaşdırırıq və bölgədəki B-52 tipli nüvə tutumlu bombardman təyyarələrinin sayını altıya qədər artırmışıq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi keçirdiyi birifinqdə deyib.

O bildirib ki, daha əvvəl dörd təyyarə bölgəyə göndərilmişdi:

“Əlavə quru qüvvələri göndərmək üçün planlarımızı qurmuşuq. Çəkilmə prosesinin təhlükəsiz olmasından əmin olmaq üçün lazımi tədbirləri almağa davam edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.