Bu gün Suriyada prezident seçkiləri keçirilir

26-05-2021, 08:05           
Bu gün Suriyada prezident seçkiləri keçirilir
“Bu gün Suriya Ərəb Respublikasında keçiriləcək president seçkilərində hazırkı dövlət başçısı Bəşər Əsəd favoritdir”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Məhəmməd Rəhmon Dəməşqdə keçirilən mətbuat konfransında bildirib.

18 milyondan çox vətəndaşın iştirak edəcəyini deyən nazir qeyd edib ki, səsvermə 12102 seçki məntəqəsində aparılacaq.

Nazirin sözlərinə görə, seçki pandemiya şərtləri çərçivəsində keçiriləcək: "Vətəndaşların rahatlığı üçün bütün lazımi tədbirlər görülüb. Yalnız sosial məsafəni qorumalı və qoruyucu maskalardan istifadə etməlidir”.

7 il müddətinə seçiləcək prezident postu uğrunda 3 namizəd - hazırkı president Bəşər Əsəd, Sosialist İttifaqçı Partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai mübarizə aparır.

Qeyd edək ki, seçki məntəqələri Bakı vaxtı ilə səhər saat 08:00-da açılacaq və axşam saat 20:00-da bağlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru