"Rus hərbçiləri “Artsax” və Ermənistan üçün döyüşməyə və ölməyə hazırdır” – ŞOK AÇIQLAMA

26-05-2021, 17:13           
"Rus hərbçiləri “Artsax” və Ermənistan üçün döyüşməyə və ölməyə hazırdır” – ŞOK AÇIQLAMA
“Rusiya Ermənistanın sahib olduğu, lakin istifadə edə bilmədiyi nadir resurs mənbəyidir”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikrlər rusiyalı politoloq Vladimir Lepexinə aiddir.

Politoloqun sözlərinə görə, Rusiyanın daxilində bir parçalanma mövcuddur: “Hətta Türkiyə və Azərbaycanın xeyrinə lobbiçilik edənlər də var. Ümumiyyətlə Rusiyanın xarici siyasətində hökumət səhvlərə yol verir” –deyə Lepexin əlavə edir.

Politoloq bir az da irəli gedərək Rusiya əhalisinin 80 faizindən çoxunun Ermənistanı da Belarusiya ilə yanaşı ən yaxın müttəfiq hesab etdiyini bildirir: “Və ən əsası, rus hərbçiləri Ermənistanın sərhədlərini qoruyur. “Artsax” və Ermənistan uğrunda döyüşməyə, hətta ölməyə də hazırdırlar. Bu, göz qabağındadır. Bu gün Rusiya və Ermənistan arasında yeni bir hərbi ittifaq qurulur”.

Vladimir Lepexin deyir ki, buna görə də Ermənistan bu gün Qərb və Rusiya arasında seçim etmir. Ermənistan onun varlığının qarantı olan suveren Rusiyanı seçir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.