ABŞ Konqresinin üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib

27-05-2021, 06:29           
ABŞ Konqresinin üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib
Mayın 25-də ABŞ Konqresinin üzvü Pol Qosar bəyanatla çıxış edərək, Azərbaycan Respublikasının 103 illiyi və Sovet İttifaqından müstəqilliyinin 30 illiyi ilə bağlı öz təbriklərini çatdırıb.

Ölkəmizin ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Azərbaycanın bölgədə vacib tərəfdaş kimi demokratiya və müstəqilliyin parlaq nümunəsi olmaqda davam etdiyi xüsusi vurğulanıb.

Əsrlər boyu Rusiya imperiyası və Sovet İttifaqının qəddar idarəçiliyi altında olan Azərbaycanın müstəqilliyə nail olduğu, ABŞ-ın dost Azərbaycanla birgə Respublikanın 103 illiyini qeyd etdiyi diqqətə çatdırılıb.

ABŞ və Azərbaycanın azadlıq, demokratiya və müstəqillik kimi birgə amalları bölüşdüyü Konqres üzvü tərəfindən qeyd olunur və digər Konqres üzvləri təbriklərə qoşulmağa dəvət edilir.

Bəyanatın Konqresdə qeydiyyata alınmış ingilis dili mətni ilə https://www.congress.gov/117/crec/2021/05/25/167/91/modified/CREC-2021-05-25-pt1-PgE578-4.htm səhifəsində tanış olmaq mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.