Bayden ABŞ kəşfiyyatına 90 gün vaxt verdi

27-05-2021, 07:11           
Bayden ABŞ kəşfiyyatına 90 gün vaxt verdi
“Hal-hazırda Amerika kəşfiyyatında yeni növ koronavirus infeksiyasının insanın yoluxmuş heyvanla təması nəticəsində, yoxsa laboratoriyada baş verən hadisədən sonra meydana gəldiyini dəqiq söyləmək üçün kifayət qədər məlumat yoxdur”.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden adından yayımlanan açıqlamada deyilir.

Qeyd olunub ki, ölkə kəşfiyyatı hər iki versiya üzərində iş aparır. Bildirilib ki, Amerika lideri ABŞ kəşfiyyatına bütün mövcud məlumatları öyrənmək və 90 gün ərzində bu mövzuda yeni hesabat hazırlamaq üçün göstəriş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru