ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatma vaxtı dəyişməyib - Pentaqon

27-05-2021, 07:46           
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatma vaxtı dəyişməyib -
ABŞ-ın hərbi kontingenti Əfqanıstandan sentyabr ayının əvvəlinədək tam çıxarılmalıdır, qoşunların çıxarılmasının başa çatma vaxtı dəyişməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi bildirib: "Prezidentin niyyəti tam aydındır - qoşunların çıxarılmasını sentyabrın əvvəlində başa çatdırmaq. Müəyyən edilən sürətlə davam edirik, (qoşunların çıxarılması üzrə - red.) cədvəl ilə bağlı əlavə deyəcək bir şey yoxdur".

Qeyd edək ki, aprelin 14-ü ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. ABŞ qoşunlarının Əfqanıstandan sentyabrın 11-dək çıxarılacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.