Buna Kravçuk qərar verə bilməz - Lavrov

28-05-2021, 00:06           
Buna Kravçuk qərar verə bilməz - Lavrov
Təmas qrupunun görüşünün keçiriləcəyi yerlə bağlı qərarı Minsk razılaşmasının üzvü olan ölkələr verməlidir, hansısa təmas qrupunun rəhbəri deyil.

Teref.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Kravçuk nümayəndə heyətinin rəhbəridir, amma təmas qrupunun qarşıda necə fəaliyyət göstərməsinə qərar verə bilməz. Bu qrup 2015-ci ildə Minskdəki zirvə görüşündə və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənən sənədlər paketi əsasında yaradılıb. Bunu imzalayanlar yəqin ki, bu işi necə qurmaq barədə razılığa gələcəklər”, – Lavrov bildirib.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Minskin danışıqlar üçün meydança ola bilməyəcəyini və başqa yer axtarmaq lazım olduğunu bildirmişdi. Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru