Finlandiyalı alimlər “COVID-19” üçün 10 dəqiqəlik ekspress test hazırlayıblar

28-05-2021, 00:02           
Finlandiyalı alimlər “COVID-19” üçün 10 dəqiqəlik ekspress test hazırlayıblar
Helsinki Universitetinin alimləri koronavirusa yoluxmanı 10 dəqiqə ərzində aşkar etməyə imkan verən yeni ekspress test hazırlayıblar. Bu haqda Finlandiyanın "Yle" dövlət teleradio şirkəti məlumat verib.
Teref.Az ictnews.az-a istinadən bildirir ki, "COVID-19" üçün yeni antigen test hər yerdə istifadə olunan PSR testlər qədər dəqiqdir. Onun hava limanları, dəniz portları və təhsil müəssisələrində istifadəsi təklif edilir.

Təcrübədə pambıq çubuğu ilə burundan götürülmüş nümunə "SARS-CoV-2" virusunun proteinlərini tanıyan anticisimlərdən ibarət məhlula yerləşdirilir. Onlar molekulyar aqreqat yaradaraq birləşirlər. Məlumata görə, bu ekspress-test yoxlayan insan üçün təhlükəsizdir, çünki virus məhlula düşdükdə qeyri-aktiv olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru