Batyaya zərbə vurmağın ən asan yolu : Ölkəni boşaldın...

28-05-2021, 10:36           
Batyaya zərbə vurmağın ən asan yolu
Avropa Birliyinin problemi son 30 ildə Belarusa qarşı bir strategiyasının olmamasıdır. Avropa nəyi istəyirdi: Lukaşenko rejimini saxlamaq? Müxalifəti dəstəkləmək? Hətta AB-yə Belarusun daxil olması perspektivi yarana bilərmi?

Bazar ertəsinə qədər bütün bunlar barədə müzakirələr olmalı və bunlar dəyişməlidir.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya tarixçisi Aleksandr Klarkson Almaniyanın "Di Zayt" (Die Zeit) nəşrinə açıqlamasında bildirib.

Onun fikrincə, AB-nin Belarusa qarşı yaxın müddətli strategiyası miqrasiyaya əsaslanmalıdır. Axı ölkə təbii ehtiyatlarla o qədər də zəngin deyil. İstehsal etdiyi məhsullar böyük ölçüdə ixtisaslı işçilərdən asılıdır:

"AB həqiqətən Lukaşenko rejiminə zərbə vurmaq istəyirsə, Belarusdan gələn işçilər üçün əmək bazarını açmalıdır. İT mütəxəssisləri artıq bu imkana sahibdirlər. AB digər ixtisaslar üçün sərhədləri açmalıdır: kənd təsərrüfatı sektoru, səhiyyə və istehsal sahəsindəki mütəxəssisləri Belarusdan cəlb etməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru