Erməni katolikos təxribata əl atdı: “Müharibə hələ bitməyib”

28-05-2021, 14:56           
Erməni katolikos təxribata əl atdı: “Müharibə hələ bitməyib”
Erməni katolikos Birinci Aram vətəndaşları təxribata çəkən çıxışlar edib. Azvision.az xəbər verir ki, yerli media katalikosun respublika günü münasibətilə xalqa videomüraciətini yayıb.

Ermənistanın dini rəhbəri çıxışında insanları sülh və əmin-amanlığa deyil, aşkar şəkildə müharibəyə, revanş almağa çağırıb.

“Müharibə qurtarmayıb. Erməni xalqı, oyan!”,- deyə katalikos bildirib.

Qeyd edək ki, Ermənistan kilsənin və ümumilikdə din xadimlərinin siyasətə, dövlət işlərinə təsir etdiyi nadir ölkələrdən sayılır. Dini ölkə olmamasına baxmayaraq, İrəvanda siyasi ideologiyanı çox vaxt kilsə tənzimləyir. İkinci Qarabağ müharibəsində növbəti dəfə şahidi olduq ki, erməni din xadimləri vətəndaşları qanlı döyüşlərə təhrik edərək, terrorçu mövqedən çıxış edirlər.

Tural Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru