Belarusun ilk Prezidentinin nəvəsi Varşavada aclıq aksiyası keçirir

28-05-2021, 21:41           
Belarusun ilk Prezidentinin nəvəsi Varşavada aclıq aksiyası keçirir
Şuşkeviçin nəvəsi Stasia Qlinnik Prezident Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyanın tətbiqini tələb edir

Belarusun ilk Prezidenti Stanislav Şuşkeviçin nəvəsi Stasia Qlinnik Polşada müddətsiz aclıq aksiyası keçirir. AYNA xarici mediaya istinadən məlumat verir ki, Qlinnik və başqa bir siyasi fəal Varşavadakı Avropa Komissiyası binasının yaxınlığında aksiyaya başlayıb.

Onlar Avropa rəsmilərindən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyaların tətbiq edilməsini tələb edirlər.

Babası Şuşkeviç jurnalistlərə nəvəsinin qərarları ilə heç bir əlaqəsi olmadığını söyləyib: “İstəyirdim ki, normal işləsin və yaşasın. Amma mənə dedi – “Baba, məndən utanmayacaqsan””.

Keçmiş Prezident nəvəsinin Belarus universitetlərindən birində oxuduğunu və ötən il keçirilən etiraz aksiyalarına qatıldığını vurğulayıb: “Babasının mən olduğumu öyrəndiklərində onu təqib etməyə başladılar. Sonda hər şeyi atdı və Varşavaya getdi. Stasya normal hərəkətlərinə görə onu qınayan bu qarmaqarışıqlıqla yaşamaq istəmədi”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru