Yaponiya 12 yaşlı uşaqlara vaksin vurulmasını təsdiqləyə bilər

29-05-2021, 06:58           
Yaponiya 12 yaşlı uşaqlara vaksin vurulmasını təsdiqləyə bilər
Yaponiya hökuməti may ayının sonuna qədər “Pfizer” əczaçılıq şirkətinin dərmanı ilə koronavirusa qarşı vaksinasiya tələblərini nəzərdən keçirmək və istifadəsi üçün yaş həddini 12 ilə endirmək niyyətindədir.

TASS-ın məlumatına görə, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Norihisa Tamura məlumat verib.

Hazırda Yaponiyada koronavirusa qarşı vaksinasiyaya 16 yaşdan yuxarı insanlar üçün icazə verilir.

Nazirlik son dövrlərdə virusun mutasiya olunmuş ştammlarının yayılmasının artdığı üçün yaş həddinin endirilməsinin epidemioloji vəziyyəti yaxşılaşdırılmasına kömək edəcəyinə inanır.

Qeyd edək ki, mayın 10-da ABŞ Qida və Dərman İdarəsi (FDA) ölkədə 12-15 yaşlı yeniyetmələr üçün “Pfizer” peyvəndinin istifadəsini təsdiqləyib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru