Yaponiya sahillərində iki ardıcıl zəlzələ olub HADİSƏ

29-05-2021, 07:28           
Yaponiya sahillərində iki ardıcıl zəlzələ olub HADİSƏ
Yaponiyanın Xonsyu adasının sahillərində 5.3 bal gücündə zəlzələ olub.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 919 min əhalisi olan Tiba şəhərindən 201 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Bildirilir ki, birinci təkanlardan bir qədər sonra 449 min əhalisi olan Utsunomiya şəhərindən 181 kilometr şərqdə ocağı 30 kilometr dərinlikdə yerləşən 5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

İki halın heç birində sunami təhlükəsi elan edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru