Ermənistanda yeni istefaların anonsu verildi

29-05-2021, 09:34           
Ermənistanda yeni istefaların anonsu verildi
Yaxın günlərdə Ermənistanda bir sıra istefalar baş verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb. Nəşrin iddiasına görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan yaxın vaxtlarda istefa verəcək.

“Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu Qalstyan əvəz etdi. Onu hər yolla motivasiya etməyə çalışdılar, amma o da tezliklə gedəcək. Demək olar ki, bütün məmurlar Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlərə dair davranışlarından və bəyanatlarından narazıdırlar”, – “Joqovurd” qəzeti yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru