İspaniyada türklərin olduğu gəmi batdı - FOTO

29-05-2021, 19:52           
İspaniyada türklərin olduğu gəmi batdı - FOTO
İspaniyada türklərin olduğu yük gəmisi batıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Barselonadakı konsulluğu məlumat yayıb.

Bildirilir ki, “Nəzmiyə ana” adlı Panama bayraqlı yük gəmisi Kastellon limanında yük qəbul edərkən tarazlığını itirərək çevrilib.

Gəmidə 5-i türk olmaqla, 9 ekipaj üzvü olub. Hadisə zamanı dənizə düşən 22 yaşlı Hindistan vətəndaşı Bhanu Pratao və limanda işləyən 36 yaşlı İspaniya vətəndaşının axtarış-xilasetmə işləri davam etdirilir.

Ekipaj üzvlərinin səhhəti yaxşıdır və türklərin bu gün İstanbula göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, Barselona limanından gələn gəminin Əlcəzairə getməsi planlaşdırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru