Mərkəzi Afrikada rusiyalılar QƏTLƏ YETİRİLDİ

31-05-2021, 09:55           
Mərkəzi Afrikada rusiyalılar QƏTLƏ YETİRİLDİ
Mərkəzi Afrika Respublikasında partlayış törədilib.

Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Frans-Press Agentliyinə hökumət nümayəndəsi Anj Maksim Kazaqi bildirib.

O, qeyd edib ki, əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində üç rusiyalı və iki yerli polis əməkdaşı həlak olub.

"Üç Rusiyalı və iki polis əməkdaşı Mərkəzi Afrika Respublikasında öldürülüb, həmçinin yaralılar var", - Kazaqi deyib.

Onun sözlərinə görə, ölənlərdən əlavə 4 nəfər də yaralanıb.

Hadisə ölkənin paytaxtı Banqui şəhərindən 400 km şimal-qərbdə, Berberati və Bouar şəhərləri arasındakı yolda maşın karvanı hərəkətdə olarkən baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru