Rusiya bu 3 şərtə əməl etməyən ölkələri düşmən siyahısına əlavə edəcək – Zaxarovadan sərt BƏYANAT

3-06-2021, 17:22           
Rusiya bu 3 şərtə əməl etməyən ölkələri düşmən siyahısına əlavə edəcək –
Rusiya Xarici İşlər Naziri Mariya Zaxarova "düşmən ölkələr" siyahısına düşmək istəməyənlər üçün lazım olan şərtləri açıqlayıb.

Sfera.az xəbər verir ki, Rusiyanın "düşmən ölkələr” siyahısına düşməmək üçün bərabərlik, hörmət və qanuna əsaslanan dialoqa getməyin vacib olduğunu söyləyib.

Russia Today (RT) televiziyasına danışan nazir "Soyuqluq dövrləri ola bilər. Ortada fərqli vəziyyətlər, hətta problemlər də ola bilər, amma bəhs etdiyim üç şərt əsasdır", - deyə bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 23 apreldə xarici ölkələrin düşmən hərəkətlərinə cavab olaraq görülən tədbirlər barədə qərar imzalayıb. 25 aprel tarixində qərar barədə açıqlama verən Zaxarova, Moskvanın düşmən ölkələrin siyahısı üzərində işlədiyini və bu siyahıda yer alan ölkələrin Rusiya vətəndaşlarını diplomatik nümayəndəliklərində işə götürmələrinin qadağan olunacağını bildirib.

Mayın 14-də Rusiya hökuməti "düşmən ölkələr”in siyahısını təsdiqləyib, siyahıya yalnız ABŞ və Çexiya daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru