Co Baydendən daha bir kuryoz - VİDEO

4-06-2021, 09:09           
Co Baydendən daha bir kuryoz - VİDEO
ABŞ prezidenti Co Bayden yenə çıxışı zamanı biabır olub.

Bu barədə “RİA Novosti” xəbər verib.

Məlumata görə, koronavirusla mübarizəyə və vaksinasiyaya həsr olunan çıxışında o, cari ilin yanvarından bəri “15 ay ərzində” koronavirusa yoluxanların sayının kəskin azaldığını deyib.

“Yanvarın 20-dən bu yana, yəni 15 ay ərzində gündəlik yoluxmaların sayı 184 mindən 19 minə düşüb”, - deyə o bildirib.


Ağ Ev çıxışın mətnini düzəlişlə paylaşıb və “15” rəqəmi əvəzinə “5” yazıb.

Xatırladaq ki, təqribən 10 gün əvvəl prezident canlı çıxışı zamanı vərəqləri qarışıq salmışdı, nəticədə onun nitqi rabitəsiz və kəsik-kəsik olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru