Britaniyada uşaqlara “Pfizer” peyvəndi vurulacaq

5-06-2021, 07:59           
Britaniyada uşaqlara “Pfizer” peyvəndi vurulacaq
Böyük Britaniyada 12-15 yaş arası uşaqlara “Pfizer-BionTech” peyvəndi vurulacaq.

Bu barədə Britaniya hökumətinin saytında qeyd edilir.

Ölkənin Dərman və Sağlamlıq Məhsullarına Nəzarət Agentliyi ABŞ-ın “Pfizer” şirkəti və Almaniya istehsalı “BioNTech” tərəfindən hazırlanan koronavirus peyvəndinin effektivliyini və təhlükəsizliyini təsdiqləyib.

Birləşmiş Krallığın Peyvəndlər və İmmunizasiya üzrə Birgə Komitəsi bu yaş qrupunun dövlət proqramı çərçivəsində vaksinasiyası barədə rəy verməlidir.

Mayın 28-də Avropa Dərman Agentliyi (EMA) bu peyvəndin yeniyetmələrdə istifadəsini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru