Paşinyan Şuşa döyüşlərindən danışdı: “Dəstək qrupu yarım gün gecikdi...”

5-06-2021, 20:35           
Paşinyan Şuşa döyüşlərindən danışdı: “Dəstək qrupu yarım gün gecikdi...”
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan vəzifəsini icra edən Nikol Paşinyan Şuşa döyüşlərdindən danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Paşinyan Şuşada məğlub olmalarının günahkarı kimi Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyanı göstərib. O bildirib ki, Şuşa əməliyyatlarına görə Qasparyan mühakimə olunmalıdır:
“Onik Qasparyan Şuşanın itirilməsinə görə hələ cavab vermədi. O, məhkəmə qarşısına çıxarılmalıdır. Şuşaya kömək etməli olan dəstək qrupu yarım gün gecikdi. Bu niyə baş verdi?.
Xatırladaq ki, Qasparyan vəzifədə ikən fevralın 25-də Paşinyanı istefaya çağırmışdı. Bu hadisə dünyada bir çox ölkə tərəfindən hərbi çevrilişə cəhd kimi qiymətləndirilmişdi. Daha sonra Onik Qasparyan vəzifədən uzaqlaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru