Bu ölkədə “Twitter”dən istifadə rəsmən qadağan edilib

6-06-2021, 00:19           
Bu ölkədə “Twitter”dən istifadə rəsmən qadağan edilib
Nigeriyalıların hökuməti ölkədə “Twitter”ə daxil olmağı qadağan edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Nigeriyanın Baş prokurooru və ədliyyə naziri Abubakar Malami əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, “Twitter” sosial şəbəkəsi ilə bağlı qadağanı pozanlar mühakimə olunacaq.

Baş prokuror, qayda pozanların dərhal şakarlanması və mühakimə olunması ilə bağlı müvafiq dövlət orqanlarına təlimat verdiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Nigeriyanın İnformasiya və mədəniyyət naziri Lai Mohammed “Twitter”in ölkədə iyunun 5-dən işinin dayandırıldığını elan etmişdi. Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən daim istifadə olunduğunu demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru